Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub

Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub Bakı. 11 mart. REPORT.AZ/ Taliban hərəkatının silahlıları Əfqanıstanın qərbindəki Farah vilayətinin Balabuluk rayonuna hücum edib.
Digər ölkələr
11 Mart , 2018 12:15
Əfqanıstanda taliblərin hücumu nəticəsində 17 nəfər həlak olub
Foto: "Anadolu"

Bakı. 11 mart. REPORT.AZ/ "Taliban" hərəkatının silahlıları Əfqanıstanın qərbindəki Farah vilayətinin Balabuluk rayonuna hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Vilayətin şura rəhbəri Fərid Bahtavar bildirib ki, silahlılar hərbçilərə qarşı ağır silahlardan istifadə ediblər. Hücum zamanı 17 nəfər həlak olub, daha 3 hərbçi itkin düşüb.

"Taliban" nümayəndələri hücum zamanı 53 nəfərin öldürüldüyünü və yaralandığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi