Yuxarı

Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 12 polis ölüb

Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 12 polis ölüb

Bakı. 20 iyul. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal "Taliban" hərəkatının yaraqlılarının hücumu nəticəsində yerli polisin azı 12 əməkdaşı ölüb.

"Report" "Pajvak" agentliyinə istinadən xəbər verir ki, "Taliban" yaraqlıları dünən gecə saatlarında yerli polisin nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum ediblər.

Polis nümayəndəsi hücumun olduğunu təsdiqləyib, amma ölənlər barədə dəqiq məlumat verməyib. Onun sözlərinə görə, yaraqlılar ağır itkilər verdikdən sonra geri çəkilib və təhlükəsizlik qüvvələri NBM-ə nəzarəti ələ almağı bacarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi