Yuxarı

Əfqanıstanda "Taliban"ın 10 silahlısı məhv edilib

Əfqanıstanda "Taliban"ın 10 silahlısı məhv edilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri radikal hərəkatının silahlılarının hücumunu dəf ediblər
© Courtesy İmage

Bakı. 2 aprel. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Tahar vilayətində "Taliban" radikal hərəkatının silahlılarının hücumunu dəf ediblər.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin generalı Şir Əziz Kamaval məlumat verib. O, qeyd edib ki, əməliyyat zamanı 10 silahlı məhv edilib.

"Onlarla silahlı gecə yarısı Kabildən 245 kilometr şimalda yerləşən, Tacikistanla sərhəddəki rayon mərkəzi Darkada hücum etməyə cəhd edib. Təhlükəsizlik qüvvələri hücumu dəf ediblər. Bir neçə saatlı ağır döyüş zamanı 10 silahlı öldürülüb, daha 9 nəfər yaralanıb" – deyə Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.

Hücum zamanı həmçinin 3 polis əməkdaşı yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi