Əfqanıstanda "Taliban"a məxsus həbsxanadan 28 nəfər azad edilib

Əfqanıstanda "Taliban"a məxsus həbsxanadan 28 nəfər azad edilib Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin cənubunda radikal Taliban hərəkatına məxsus həbsxanadan 28 nəfəri azad edib.
Digər ölkələr
30 May , 2019 11:59
Əfqanıstanda Talibana məxsus həbsxanadan 28 nəfər azad edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin cənubunda radikal "Taliban" hərəkatına məxsus həbsxanadan 28 nəfəri azad edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Zabul əyalətində komandos qüvvələrinin xüsusi əməliyyatı çərçivəsində 28 məhbus azad edilib. Onlardan 16-sı dinc sakin, 12-si isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır", - Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Bəyanatda qeyd olunub ki, təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən silahlı atışmada 2 terrorçu məhv edilib.

Son xəbərlər

Orphus sistemi