Yuxarı

Əfqanıstanda “Taliban” dövlət binasına hücum edib, qubernator və 15 polis öldürülüb

Əfqanıstanda “Taliban” dövlət binasına hücum edib, qubernator və 15 polis öldürülüb

Bakı. 12 aprel. REPORT.AZ/ “Taliban” silahlıları Əfqanıstanın mərkəzində yerləşən Xoca-Ğməri dairəsində dövlət binasına hücum ediblər.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hücum nəticəsində 18 nəfər öldürülüb.

Onlardan 3 yerli dövlət məmuru, 15-i isə polis əməkdaşıdır. Öldürülənlər arasında dairənin qubernatoru, Kəşfiyyat Xidmətinin yerli idarəsinin rəisi və polis rəisinin müavini də var.

Yerli hakimiyyətin nümayəndələri bildiriblər ki, təhlükəsizlik qüvvələri dövlət binasına hücum edən 25 silahlını zərərsizləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi