Yuxarı

Əfqanıstanda sutka ərzində azı 100 yaraqlı öldürülüb

Əfqanıstanda sutka ərzində azı 100 yaraqlı öldürülüb
Təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki barədə məlumat verilmir

Bakı. 4 fevral. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri son 24 saat ərzində ölkə ərazisində aparılan əməliyyatlar zamanı azı 100 yaraqlını zərərsizləşdiriblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Davlat Vaziriyə istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Asayiş keşikçiləri yaraqlılara qarşı əməliyyatları Faryəb, Qəndəhar, Qazni, Nanqarhar, Vardak və Loqar əyalətlərində aparıblar. Hərbçilərin hücumu nəticəsində həmçinin terrorçulardan silah götürülüb. Hökumət qüvvələri arasında itkilər barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi