Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var - YENİLƏNİB Əfqanıstanda partlayışlar nəticəsində azı 7 nəfər ölüb, 10 nəfərdən artıq adam yaralanıb.
Digər ölkələr
23 Mart , 2019 11:34
Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var - YENİLƏNİB
AP

Əfqanıstanda partlayışlar nəticəsində azı 7 nəfər ölüb, 10 nəfərdən artıq adam yaralanıb.

“Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, yaralananlar arasında Helmand əyalətinin qubernatoru, İnformasiya və mədəniyyət departamentinin direktoru, əyalət şurasının sədri və müavini və bir nəfər yüksək rütbəli hərbçi də var.

Hələlik hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.


*** 10:57

Əfqanıstanda partlayışlar baş verib. 

“Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, hadisə Helmand əyalətinin Ləşkərgah şəhərinin stadionunda Fermer Günü ilə bağlı keçirilən tədbir zamanı qeydə alınıb. 

Partlayış nəticəsində hakimiyyət və güc strukturlarının nümayəndələri arasında xəsarət alanlar var. Onların arasında əyalətin qubernatoru və müavini də var. 

Son xəbərlər

Orphus sistemi