Əfqanıstanda silsilə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var - ƏLAVƏ OLUNUB

Əfqanıstanda silsilə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var - ƏLAVƏ OLUNUB Partlayışlardan ikisi Kabul şəhərində, biri isə Gilmənd əyalətində baş verib
Digər ölkələr
10 Yanvar , 2017 17:14
Əfqanıstanda silsilə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var - ƏLAVƏ OLUNUB

Bakı. 10 yanvar. REPORT.AZ/ Əfqanıstanın Leşkərgah şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Leşkəragah Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, terrorçu-kamikadze partlayışı şəhərin təhlükəsizlik idarəsinin rəhbərliyinin yerləşdiyi binanın qarşısında törədib.

Yerli polis patlayışın Gilmənddə təhlükəsizlik qüvvələrinin təmsilçiləri ilə barışığa razı olan silahlılar arasında görüş keçirilən zaman baş verdiyini açıqlayıb. 

Eyni zamanda, ölkə paytaxtı Kabulda parlamentin binası yaxınlığında iki partlayış olub.

Yerli hökumət təmsilçisinin məlumatına görə, terrorçu-kamikadze partlayışı paytaxtın Darüləman rayonunda törədib.

İnformasiyaya əsasən, iki partlayış nəticəsində 21 nəfər ölüb, 45 nəfər yaralanıb. 

Məlumata görə, terrorçunun hədəfi parlament üzvləri olub.

Son xəbərlər

Orphus sistemi