Əfqanıstanda silahlılar üç məktəbə hücum ediblər

Əfqanıstanda silahlılar üç məktəbə hücum ediblər Bakı. 3 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Paktika əyalətində üç məktəb silahlıların hücumuna məruz qalıb.
Digər ölkələr
3 Sentyabr , 2018 14:37
Əfqanıstanda silahlılar üç məktəbə hücum ediblər

Bakı. 3 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Paktika əyalətində üç məktəb silahlıların hücumuna məruz qalıb.

"Report"un "Xinhua"ya istinadən verdiyi məlumata görə, əyalətin Təhsil Departamentinin rəhbəri Nəsim Vəcid bildirib ki, yerli vaxtla saat 07:00-da naməlum silahlılar əl qumbaraları ilə iki məktəbə hücum edib, daha bir məktəbə isə raket düşüb. Lakin həmin vaxt şagirdlərdən heç biri məktəbdə olmayıb.

N.Vəcid deyib ki, bu hücumlar nəticəsində məktəb binalarına ciddi ziyan dəyib.

Hələlik silahlı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi