Yuxarı

Əfqanıstanda “Save the Children” təşkilatının ofisinə hücum olub: 3 ölü, 24 yaralı var - VİDEO - YENİLƏNİB

Əfqanıstanda “Save the Children” təşkilatının ofisinə hücum olub: 3 ölü, 24 yaralı var - VİDEO - YENİLƏNİB
Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Əfqanıstanın Cəlalabad şəhərində “Save the Children” uşaqların hüquqlarını müdafiəsi beynəlxalq təşkilatının ofisinə silahlı hücum nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Nanqarhar valiliyinin sözçüsü Ataullah Hogyani məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 24-də səhər saatlarında 4 terrorçudan biri partlayıcı qurğunu ofisin yerləşdiyi həyətin qapısında partladıb, digər üç nəfər içəriyə daxil olaraq atəş açıblar: "Onlardan ikisi zərərsizləşdirilib". 

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. 


*** 11:03

Əfqanıstanın Cəlalabad şəhərində “Save the Children” uşaqların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatın ofisinə silahlı hücum nəticəsində 11 nəfər xəsarət alıb.

“Report” Əfqanıstanın “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

İnformasiyaya əsasən, yanvarın 24-də səhər saatlarında terrorçu-kamikadze partlayıcı qurğunu ofisin yerləşdiyi həyətin qapısında partladıb. Partlayışdan sonra bir qrup silahlı əraziyə soxulub.

Nanqahar əyalətinin qubernatoru bildirib ki, asayiş keşikçiləri ilə terrorçular arasında atışma olub.

Hüquq müdafiəsi təşkilatının ofisinin yaxınlığında isə məktəb yerləşir. Şahidlər məktəblilərin atışmadan xilas olmaq məqsədi ilə qaçdıqlarını söyləyiblər. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi