Əfqanıstanda polis rəisi öldürülüb, onun mühafizəçisi isə ağır yaralanıb

Əfqanıstanda polis rəisi öldürülüb, onun mühafizəçisi isə ağır yaralanıb Hadisə "Taliban" terror qruplaşması tərəfindən törədilib
Digər ölkələr
6 Mart , 2017 01:48
Əfqanıstanda polis rəisi öldürülüb, onun mühafizəçisi isə ağır yaralanıb

Bakı. 6 mart. REPORT.AZ/ Əfqanıstanda baş vermiş partlayış nəticəsində polis rəisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, öldürülən şəxs ölkənin şimalındakı Fəryab vilayətinin Almar rayonunun polis rəisi Məhəmməd Nazim Fəryabidir.

Fəryab Vilayəti Polis Departamentinin sözçüsü Əbdülkərim Yuris jurnalistlərə bildirib ki, rəisin xidməti avtomobilinə uzaqdan idarə olunan partladıcı qurğu yerləşdirilib və o, ofisdən evə gedərkən bomba işə salınıb. Nəticədə polis rəisi həlak olub.

Partlayış nəticəsində həmçinin daha bir mühafizəçi ağır yaralanıb.

Hadisənin "Taliban" terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi