Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı 179 nəfərə çatıb, ölənlər var - FOTO - YENİLƏNİB

Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı 179 nəfərə çatıb, ölənlər var - FOTO - YENİLƏNİB Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı artıb.
Digər ölkələr
7 İyul , 2019 13:18
Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı 179 nəfərə çatıb, ölənlər var - FOTO - YENİLƏNİB

Əfqanıstanda törədilmiş partlayış zamanı xəsarət alanların sayı artıb.

Bu barədə “Report” “Tolo News” telekanalına istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, Qəzni şəhərində törədilmiş partlayış zamanı yaralananların sayı 179 nəfərə çatıb. “Pajvak” agentliyi isə bildirib ki, xəsarət alanlar arasında 36 uşaq da var.

Daha əvvəl partlayış zamanı 12 nəfərin həlak olduğu, 43 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hadisə kamikadze tərəfindən törədilib. Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzətinə götürüb. 


***09:43

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.

“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi