Yuxarı

Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb

​Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb

Əfqanıstanda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Tolonews" ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın "Taliban" silahlıları tərəfindən törədildiyini güman edirlər. 

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi