Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.
"Report" xəbər verir ki, bu barədə
Telekanalın məlumatına görə, partlayış şəhərin şimalındakı məscidlərdən birində olub. Hadisə nəticəsində məscidin imamı həlak olub, daha üç nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanalara çatdırılıb.
Qeyd edilir ki, partlayıcı qurğunu kamikadze işə salıb.
Ölkənin Daxili İşlər Nazirliyi ölən və xəsarət alanlar barədə informasiyanı təsdiqləyib. Əfqan hökuməti hücumu qətiyyətlə pisləyib.