Yuxarı

Əfqanıstanda nazirliyə hücum zamanı 10 nəfər həlak olub

Əfqanıstanda nazirliyə hücum zamanı 10 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən "Ariana" telekanalı bildirib.

Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi