Əfqanıstanda kəskin soyuqlarla əlaqədar 37 nəfər ölüb

Əfqanıstanda kəskin soyuqlarla əlaqədar 37 nəfər ölüb Artıq hökumət zərərçəkənlərə kömək və maddi yardım təşkil edib
Digər ölkələr
21 Fevral , 2017 00:52
Əfqanıstanda kəskin soyuqlarla əlaqədar 37 nəfər ölüb

Bakı. 21 fevral. REPORT.AZ/ Güclü qar və yağışlar, habelə kəskin soyuqlarla əlaqədar Əfqanıstanın bir çox ərazilərində 37 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Ölkənin fövqəladə hallar üzrə naziri Vais Əhməd Bermak bildirib ki, artıq hökumət zərərçəkənlərə kömək və maddi yardım təşkil edib. Bununla yanaşı, xilasedicilərin və humanitar yardımların təbii hadisədən zərər çəkmiş ərazilərə çatdırılması üçün yollar qardan təmizlənir. 

Son xəbərlər

Orphus sistemi