Əfqanıstanda içərisində məktəblilər olan avtomobil çaya düşüb, ölənlər var

Əfqanıstanda içərisində məktəblilər olan avtomobil çaya düşüb, ölənlər var Qəzaya uğrayan şagirdlər universitetə imtahan verdikdən sonra evə qayıdırmış
Digər ölkələr
23 Yanvar , 2016 11:42
Əfqanıstanda içərisində məktəblilər olan avtomobil çaya düşüb, ölənlər var

Bakı. 23 yanvar. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Nuristan əyalətində içərisində məktəblilər olan avtomobil çaya düşüb.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 9 nəfərdən altısı ölüb, üçü isə ağır yaralanıb. Avtomobildə olanların səkkizi məktəbli olub. Şagirdlər əyalətin paytaxtı olan Parunda universitetə imtahan verdikdən sonra evə qayıdırmış.

Qeyd edək ki, Nuristan Əfqanıstanın zəif inkişaf etmiş infrastruktura malik ucqar əyalətidir. Əyalətdə körpülərin əksəriyyəti dağılmış vəziyyətdədir, yollara asfalt döşənməyib.

Son xəbərlər

Orphus sistemi