Yuxarı

Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib.

Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi