Əfqanıstanda hökumət əleyhinə keçirilən aksiyada 4 etirazçı ölüb, 8-i yaralanıb

Əfqanıstanda hökumət əleyhinə keçirilən aksiyada 4 etirazçı ölüb, 8-i yaralanıb Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb
Digər ölkələr
2 İyun , 2017 17:38
Əfqanıstanda hökumət əleyhinə keçirilən aksiyada 4 etirazçı ölüb, 8-i yaralanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda ölkə Prezidenti Əşrəf Qəni hökumətinin istefası tələbi ilə keçirilən nümayiş nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb. Polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Qeyd edək ki, iyunun 2-də bir neçə min insan Kabulda mayın 31-də terror törədilən yerə toplaşaraq aksiya keçiriblər.

Xatırladaq ki, mayın 31-də Kabulda törədilən terror nəticəsində 100 nəfər ölüb, 600 nəfər isə yaralanıb. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi