Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var Bakı. 2 sentyabr. REPORT.AZ/ Bazar günü Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Digər ölkələr
2 Sentyabr , 2018 10:45
Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bazar günü Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Bildirilir ki, vertolyot "Şahin" hərbi bazasından havaya qalxan zaman yerə düşüb və yanmağa başlayıb. Hava gəmisinin göyərtəsində 10 hərbçi olub.

Ehtimala görə, qəzaya texniki nasazlıq səbəb ola bilər. Hadisənin başqa təfərrüatları məlum deyil.

Son xəbərlər

Orphus sistemi