Əfqanıstanda hərbi hissəyə hücum olub, 10 hərbçi ölüb, 2-si yaralanıb

Əfqanıstanda hərbi hissəyə hücum olub, 10 hərbçi ölüb, 2-si yaralanıb Hücumdan sonra terrorçular silah-sursat oğurlayıblar
Digər ölkələr
13 Aprel , 2018 14:30
Əfqanıstanda hərbi hissəyə hücum olub, 10 hərbçi ölüb, 2-si yaralanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Əfqanıstanda “Taliban” terrorçu qruplaşmasının avtomobillə hərbi hissəyə hücumu nəticəsində azı 10 hərbçi ölüb, 2-si yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Şindand rayonunun icra başçısı Şükrülla Şaker deyib.

Bildirilib ki, hadisə aprelin 13-də Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətinin Şindand rayonunda gecə saatlarında baş verib.

Hücumdan sonra terrorçular silah-sursat oğurlayıblar. 

Son xəbərlər

Orphus sistemi