Əfqanıstanda hərbi bazalara hücum edən "Əl-Qaidə" lideri öldürülüb

Əfqanıstanda hərbi bazalara hücum edən "Əl-Qaidə" lideri öldürülüb Xüsusi əməliyyat Qəzni əyalətinin Nova qəzasında həyata keçirilib
Digər ölkələr
20 Fevral , 2017 06:29
Əfqanıstanda hərbi bazalara hücum edən Əl-Qaidə lideri öldürülüb

Bakı. 20 fevral. REPORT.AZ/ Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatının komandirlərindən biri olan Seyfulla Əxtar öldürülüb.

"Report" xəbər verir ki, xüsusi əməliyyat on gün əvvəl Əfqanıstanın mərkəzində yerləşən Qəzni əyalətinin Nova qəzasında həyata keçirilib

"İnterfax"ın məlumatına görə, Əxtar Əfqanıstanda Pakistan döyüşçülərinə komandanlıq edib. O, Baqram və Kabildə xarici hərbi bazalara hücumlar təşkil etməkdə ittiham olunurdu.

Son xəbərlər

Orphus sistemi