​Əfqanıstanda bir sutkada zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

​Əfqanıstanda bir sutkada zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb General Əzimi bildirib ki, 6 silahlı saxlanılıb, 87 terrorçu isə yaralanıb
Digər ölkələr
30 Aprel , 2015 16:47
​Əfqanıstanda bir sutkada zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Əfqanıstan ordusu bir sutka ərzində 130 terrorçu öldürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyinin təmsilçisi general Zahir Əzimi bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyat nəticəsində ordunun 6 əsgəri xəsarət alıb. General bildirib ki, 6 silahlı saxlanılıb, 87 terrorçu isə yaralanıb.

Xatırladaq ki, əməliyyatın keçirildiyi ərazi haqda məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi