Bakı. 10 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda kişi cinsindən olan bir nəfər üç qadının üzünə sulfat turşusu atıb.
"Report" BBC-yə istindən xəbər verir ki, hadisə nəticəsində qadınlar üçüncü dərəcəli yanğın diqanozu ilə xəstəxanaya yerləşdiriliblər.
İnformasiyaya əsasən, Asiya ölkələrində kimyəvi turşu ilə qadınlara hücum etmək tez-tez baş versə də, Əfqanıstanda nadir hadisə sayılır.
Məlumata görə, 2008-ci ildə qadınların təhsil almasını istəməyən kişi cinsindən olan "Taliban" üzvləri bir qrup məktəbli qızın üstünə belə kimyəvi məhlul sıçradıblar.