​Əfqanıstanda bir gündə 35 nəfər terror aktlarının qurbanı olub

​Əfqanıstanda bir gündə 35 nəfər terror aktlarının qurbanı olub Terror hadisələrinin məsuliyyətini Əfqanıstandakı İŞİD terrorçuları üzərinə götürüb
Digər ölkələr
18 Aprel , 2015 13:27
​Əfqanıstanda bir gündə 35 nəfər terror aktlarının qurbanı olub

Bakı. 18 aprel. REPORT.AZ/ Əfqanıstanın şərqində, Nanqahar əyalətinin Behsud rayonunda minik avtomobilinin partlaması nəticəsində iki nəfər həsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.

Hadisə qurbanlarının sayının artacağı da istisna edilmir.

Xatırladaq ki, bu, bir gün ərzində Əfqanıstanda törədilən üçüncü terror hadisəsidir.

Ölkənin Cəlalabad rayonunda baş verən iki belə hadisə nəticəsində 33 nəfər ölüb, yüzdən çox sakin yaralanıb.

Terror hadisələrinin məsuliyyətini Əfqanıstandakı İŞİD terrorçuları üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi