Yuxarı

Əfqanıstanda bazara mərmi düşüb, 6 nəfər ölüb

​Əfqanıstanda bazara mərmi düşüb, 6 nəfər ölüb

Əfqanıstanın şimalındakı Fəryab vilayətində bazara minaatandan atılan mərmi düşməsi nəticəsində 6 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin güc strukturlarındakı mənbə bildirib.

Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd rayonlarının böyük hissəsini ələ keçirən və indi də böyük şəhərlərə hücuma keçən radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma yaşanır.

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri bütün ölkə üzrə terrorizmə qarşı mübarizə üzrə əməliyyatlar keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi