Əfqanıstanda avtobus partladılıb, ölən və yaralananlar var

Əfqanıstanda avtobus partladılıb, ölən və yaralananlar var Əfqanıstanın paytaxtı Kabil şəhərində avtobusun partladılması nəticəsində 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Digər ölkələr
3 İyun , 2019 15:28
Əfqanıstanda avtobus partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində avtobusun partladılması nəticəsində 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müstəqil İnzibati İslahat və Mülki Xidmətlər Komissiyasının sözçüsü Fərid Əhməd məlumat verib.

O, partladıcı qurğunun yolun kənarındakı velosipedə bağlandığını qeyd edib: “Təəssüf ki, dörd həmkarımızı itirdik, doqquzu da yaralanıb”.

Belə ki, avtobus ramazan ayının başa çatması münasibətilə keçirilən tətil ərəfəsində rəsmi gözətçi agentliyinin əməkdaşlarını evə aparırmış.

Digər tərəfdən, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi Kabildə kriminal və üsyançı ünsürlər tərəfindən geniş istifadə edilən yapışqanlı bomba vasitəsilə törədilən partlayış nəticəsində 5 nəfər mülki şəxsin öldüyünü, 10 nəfərin də yaralandığını bildirib.

Son xəbərlər

Orphus sistemi