Yuxarı

Əfqanıstanda aviazərbələr nəticəsində azı 35 dinc sakin ölüb

​Əfqanıstanda aviazərbə səbəbilə toya yığışmış 35 nəfər ölüb

Əfqanıstanın Hilmənd vilayətində keçirilən toy zamanı hökumət qüvvələrinin aviazərbə endirməsi nəticəsində azı 35 dinc sakin, o cümlədən uşaqlar və qadınlar ölüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir ki, hökumət nümayəndələri hücumun yaxınlıqdakı yaraqlı bazasına edildiyini söyləyib. Onların sözlərinə görə, baza "Taliban" tərəfindən terrorçu-kamikadzelərin təlimi üçün istifadə olunub. Hava zərbəsi nəticəsində 13 nəfər də yaralanıb.

Digər mənbənin məlumatına görə, ölənlərin sayı 40 nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi