Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.
Digər ölkələr
22 İyul , 2019 15:07
Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.

Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub. 

Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb. 

Son xəbərlər

Orphus sistemi