​Əfqanıstanda antiterror əmliyyatı zamanı 6 hərbçi ölüb, 27 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda antiterror əmliyyatı zamanı 6 hərbçi ölüb, 27 terrorçu zərərsizləşdirilib Öldürülənlərin çoxu "Taliban" hərəkatının silahlılarıdır
Digər ölkələr
21 May , 2016 17:19
​Əfqanıstanda antiterror əmliyyatı zamanı 6 hərbçi ölüb, 27 terrorçu zərərsizləşdirilib

Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın bir sıra əyalətlərində təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində bir sutkada azı 27 terrorçu zərərsizləşdirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilənlərin çoxu "Taliban" hərəkatının silahlılarıdır. Onların arasında terrorçu İŞİD qruplaşmasının üzvləri də var.

İnformasiyada bildirilib ki, əməliyyatlar nəticəsində Əfqanıstanın 6 hərbçisi həlak olub.  

Son xəbərlər

Orphus sistemi