Bakı. 3 noyabr. REPORT.AZ/ Əfqanıstanın şimalında ABŞ-ın iki hərbçisi öldürülüb.
“Report” “France press”ə istinadən xəbər verir ki, onlar NATO-nun Əfqanıstandakı hərbçilərinin tərkibində xidmət edirmişlər.
İnformasiyaya əsasən, hadisə ölkənin Kunduz əyalətində keçirilən hərbi əməliyyat zamanı olub.
Hadisənin təfərrüatı ilə bağlı hələlik məlumat yayılmayıb.