Əfqanıstanda 94 silahlı zərərsizləşdirilib

Əfqanıstanda 94 silahlı zərərsizləşdirilib Zərərsizləşdirilənlər arasında İŞİD üzvləri də var
Digər ölkələr
10 Sentyabr , 2016 19:26
Əfqanıstanda 94 silahlı zərərsizləşdirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri son sutka ərzində ölkənin müxtəlif rayonlarında keçirilən hərbi əməliyyatlar zamanı 94 silahlını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, ən çox silahlı ölkənin Uruzqan vilayətində zərərsizləşdirilib. Burada "Taliban" radikal qruplaşmasının 70 üzvü məhv edilib.

Zərərsizləşdirilənlər arasında İŞİD terror qruplaşmasının da üzvləri var.

Əməliyyatlar zamanı 13 əfqan hərbçisi ölüb.

Son xəbərlər

Orphus sistemi