Əfqanıstanda 8 "Taliban" yaraqlısı məhv edilib

Əfqanıstanda 8 "Taliban" yaraqlısı məhv edilib Qarşıdurmalar zamanı, həmçinin iki polis və doqquz yaraqlı yaralanıb
Digər ölkələr
25 İyun , 2016 11:59
Əfqanıstanda 8 Taliban yaraqlısı məhv edilib

Bakı. 25 iyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində təhlükəsizlik qüvvələri ilə "Taliban" radikal qruplaşması arasında qanlı qarşıdurma olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 8 "Taliban" yaraqlısı məhv edilib. Eyni zamanda 3 polis əməkdaşı həyatını itirib.

Şimal əyalətlər üzrə polis nümayəndəsi Şir Aziz Kamavalın bildirdiyinə görə, cümə günü Bədəxşan vilayətində başlayan qarşıdurmalar zamanı, həmçinin iki polis və doqquz yaraqlı yaralanıb.

Son xəbərlər

Orphus sistemi