Yuxarı

Əfqanıstanda 60 terrorçu zərərsizləşdirilib

Zərərsizləşdirilənlərdən 3-ü İŞİD silahlısıdır

Bakı. 15 oktyabr. REPORT.AZ/ Əfqanıstanda son sutka ərzində 60 terrorçu zərərsizləşdirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Xəbərdə qeyd edilir ki, zərərsizləşdirilənlərdən 3-ü İŞİD silahlısıdır.

Hərbi əməliyyat aviasiya və artilleriyanın köməyi ilə Əfqanıstanın 13 vilayətində keçirilib. Ölkənin hərbi qulluqçuları arasında itkilərin olub-olmaması barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi