Əfqanıstanda 6 "Taliban" döyüşçüsü öldürülüb

Əfqanıstanda 6 "Taliban" döyüşçüsü öldürülüb Döyüş zamanı 10 "talibançı" yaralanıb
Digər ölkələr
12 May , 2016 21:17
Əfqanıstanda 6 Taliban döyüşçüsü öldürülüb

Bakı. 12 may. REPORT.AZ/ Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələri ilə "Taliban" döyüşçüləri arasında baş vermiş silahlı toqquşmada 6 "talibançı" öldürülüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, toqquşma "talibançı"ların polis bölməsinə hücumundan sonra yaranıb.

Döyüş zamanı 10 "talibançı" və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı yaralanıb. Yaralananlardan birinin Özbəkistan vətəndaşı olduğu bildirilir.

"Taliban" isə döyüş nəticəsində bir polis əməkdaşının öldürüldüyünü, 3 silahlının yaralandığını açıqlayıb.  

Son xəbərlər

Orphus sistemi