​Əfqanıstanda 49 İŞİD silahlısı öldürülüb

​Əfqanıstanda 49 İŞİD silahlısı öldürülüb Əhməd Ziya Əbdülzay: "Hücum silahlıların toplantı keçirmək üçün bir araya gəldiyi yerə edilib"
Digər ölkələr
7 İyul , 2015 13:30
​Əfqanıstanda 49 İŞİD silahlısı öldürülüb

Bakı. 7 iyul. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Nanqahar şəhərində keçirilən hərbi əməliyyat nəticəsində 49 İŞİD silahlısı öldürülüb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Nanqahar valiliyinin sözçüsü Əhməd Ziya Əbdülzay bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Pilotsuz Uçan Aparatının iki həmləsi nəticəsində 49 silahlı öldürülüb: "Hücum silahlıların toplantı keçirmək üçün bir araya gəldiyi yerə edilib. Birinci hücum nəticəsində 12 silahlı, ikinci də isə 37 terrorçu zərərsizləşdirilib". 

Son xəbərlər

Orphus sistemi