​Əfqanıstanda 39 terrorçu zərərsizləşdirilib

​Əfqanıstanda 39 terrorçu zərərsizləşdirilib Çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb
Digər ölkələr
10 İyul , 2016 14:37
​Əfqanıstanda 39 terrorçu zərərsizləşdirilib

Bakı. 10 iyul. REPORT.AZ/Əfqanıstanın Nanqarhar əyaləyintə İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində terrorçu qruplaşmanın 31 silahlısı zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya görə, ölkənin qərbində Nanqarhar əyalətinin Kot rayonunda İŞİD-ə qarşı şiddətli döyüşlər aparılır.

Son 24 saatda havadan v qurudan keçirilən antiterror əməliyyatı nəticəsində 31 İŞİD silahlısı öldürülüb, 2-si isə yaralanıb.

Məlumatda bildirilib ki, Əfqanıstanın müxtəlif bölgələrində son sutkada "Taliban" hərəkatına qarşı keçirilən əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat aşkarlanaraq, götürülüb.

Xəbərə əsasan, əməliyyatlar nəticəsində Əfqanıstan təhlükəsizlik güclərinin iki əməkdaşı həyatını itirib.

Son xəbərlər

Orphus sistemi