Bakı.25 fevral. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Pəncşir rayonunda qar uçqunu nəticəsində 28 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Pəncşirin valisi Abdul Rəhman bildirib.
Rayonun müxtəlif yerlərində qar uçqunu altında 82 nəfər qalıb. "28 nəfər ölüb, 10-dan çox insan isə ağır yaralanıb", - o bildirib.
Məlumata görə, ölkənin şərqində yerləşən Lağman rayonunda sel nəticəsində 8 sakin ölüb, onlarla ev dağılıb, yüzlərlə hektar əkin sahəsi yararsız hala düşüb.