Bakı. 8 noyabr. REPORT.AZ/ Əfqanıstanda təhlükəsizlik qüvvələri son bir gün ərzində azı 30 yaraqlını öldürüb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər Nanqarxar vilayətinin şərqində "Taliban" dəstələrinə qarşı əməliyyat keçiriblər.
Dövlət rəsmiləri bildirib ki, reydlər zamanı daha yeddi yaraqlı tutulub. Hərbçilər arasında itkilələr barədə məlumat verilmir.