​Əfqanıstanda 25 silahlı zərərsizləşdirilib

​Əfqanıstanda 25 silahlı zərərsizləşdirilib Terrorçuların 11 motosikleti və avtomobili də məhv edilib
Digər ölkələr
8 İyun , 2015 17:52
​Əfqanıstanda 25 silahlı zərərsizləşdirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Gur əyalətində bu gün keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 25 silahlısı zərəsizləşdirlib, 13-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Pajvok" agentliyi məlumat yayıb.

Əfqanıstan Hərbi Hava Qüvvələrinin silahlıların toplaşdığı Pasabənd qəsəbəsini bombalaması nəticəsində ölənlər arasında terrorçuların yerli lideri Molla Faruq da var.

Məlumatda bildirilib ki, əməliyyat nəticəsində yerli dinc sakinlər xəsarət almayıb.

Silahlıların 11 motosikleti və avtomobili də məhv edilib. 

Son xəbərlər

Orphus sistemi