Əfqanıstanda 21 yaraqlı məhv edilib

Əfqanıstanda 21 yaraqlı məhv edilib Terrorçularla toqquşmada 4 polis ölüb
Digər ölkələr
23 İyul , 2017 20:07
Əfqanıstanda 21 yaraqlı məhv edilib

Bakı. 23 iyul. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" radikal hərəkatının nümayəndələri ilə təhlükəsizlik qüvvələri arasında baş verən iki toqquşma nəticəsində ən azı 21 yaraqlı öldürülüb, 20-si yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinxua" agentliyinə yerli polisin mətbuat katibi Ziya Durani məlumat verib.

O bildirib ki, yaraqlılar şənbə günü axşam Neş rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

"Polis əməkdaşları taliblərlə döyüşə giriblər. Atışma nəticəsində 15 yaraqlını zərərsizləşdirmək mümkün olub, 20-si yaralanıb. Toqquşmalarda 4 polis ölüb, 6-sı yaralanıb", - deyə o qeyd edib.

Polis əməkdaşı əlavə edib ki, Əfqanıstanın Xüsusi Təyinatlı Qüvvələri qonşu Mayvand rayonunda əməliyyat aparıb. Nəticədə, 6 yaraqlı, o cümlədən Mayvand Xan kimi tanınan yerli "Talib" liderlərindən biri öldürülüb.

Son xəbərlər

Orphus sistemi