Əfqanıstanda 15 terrorçu məhv edilib

Əfqanıstanda 15 terrorçu məhv edilib Ordu ölkənin şərqində terrorçulara aviazərbə endirib
Digər ölkələr
24 Dekabr , 2017 20:27
Əfqanıstanda 15 terrorçu məhv edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Vardak əyalətinə endirilən hava zərbələri nəticəsində azı 15 "Taliban" yaraqlısı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinə istinadən "Sinxua" məlumat yayıb.

Öldürülən taliblər sırasında bir səhra komandiri də var. Hədəfə alınan yaraqlılar yüksək gərginlikli elektrik xəttinə zərər vurulmasına görə məsuliyyətli olublar.

Son xəbərlər

Orphus sistemi