Yuxarı

Əfqanıstanda 11 polis əməkdaşı öldürülüb

Əfqanıstanda 11 polis əməkdaşı öldürülüb
Terrorçular şəhərdəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib

Bakı. 28 fevral. REPORT.AZ/ Əfqanıstanın cənubunda polisə edilən silahlı hücum nəticəsində 11 polis əməkdaşı həlak olub. 

"Report" "TOLOnews"a istinadən xəbər verir ki, hadisə Gilmənd əyalətinin paytaxtı Laşkargah şəhərində baş verib.

Terrorçular şəhərdəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi