Əfqanıstanda 100-dən çox adam "taliblər"in əsirliyindən azad edilib

Əfqanıstanda 100-dən çox adam "taliblər"in əsirliyindən azad edilib Dörd silahlı məhv edilib, biri saxlanılıb
Digər ölkələr
31 May , 2018 15:00
Əfqanıstanda 100-dən çox adam taliblərin əsirliyindən azad edilib
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Əfqanıstanın xüsusi təyinatlı qüvvələri radikal "Taliban" hərəkatının nəzarətində olan həbsxanadan azı 105 nəfəri azad edib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı xüsusi əməliyyat hərbi bölməsinin bəyanatına əsaslanaraq məlumat yayıb.

Xüsusi təyinatlılar dünən gecə ölkənin cənubundakı Gilmənd əyalətinin Kacaki rayonunda əməliyyat keçiriblər. Azad edilənlərin hamısı dinc sakinlərdir, onlar arasında 5 qadın da var.

Məlumata görə, əməliyyat zamanı 4 silahlı məhv edilib, 1-i saxlanılıb, eyni zamanda 10 ədəd motosiklet müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi