Yuxarı

Əfqanıstan prezidenti Kabildəki hücuma görə talibləri ittiham edib

​Əfqanıstan prezidenti Kabildəki hücuma görə talibləri ittiham edib

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabil şəhərində partlayışın təşkilinə görə "Taliban" radikal hərəkatını ittiham edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Talib"lər günahı özlərindən uzaqlaşdıra bilməyəcəklər, onlar terrorçulara platforma verirlər. Mən amansız hücumu qətiyyətlə pisləyirəm", - dövlət başçısı "Twitter"də yazıb.

Əfqan lideri həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin yaralıların ən qısa zamanda sağalmaları üçün dua edəcəyinə söz verib. Qəni hadisə ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə fövqəladə iclasın çağırıldığını da elan edib.

Daha əvvəl radikal qruplaşmanın nümayəndələri hadisədə iştiraklarını təkzib ediblər. Hadisəyə görə məsuliyyət hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 180 nəfər xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi