Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb

Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib
Digər ölkələr
28 Dekabr , 2016 09:50
Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb

Bakı. 28 dekabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda parlamentin deputatı Faruk Behiştiyə sui-qəsd edilib. 

“Report” “Khaama” agentliyinə istinadən xəbər verir ki, hadisə parlamentin binası yerləşən Dəşti-Barçi rayonunda törədilib.  

Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib. Partlayış nəticəsində F.Behişti yaralanıb, mühafizəçisi isə ölüb.

Xəsarət alanlarla bağlı əlavə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi