Əfqanıstan DİN binası yaxınlığında baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Əfqanıstan DİN binası yaxınlığında baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB Kabildə Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında minalanmış furqonun partlaması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 20 nəfər isə yaralanıb.
Digər ölkələr
13 Noyabr , 2019 17:26
Əfqanıstan DİN binası yaxınlığında baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Kabildə Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında minalanmış furqonun partlaması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 20 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı nazirliyin açıqlamasına istinadən məlumat verib.

DİN-in məlumatına görə, ölənlər arasında üç uşaq da var.

Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.


***08:40

Əfqanıstanda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında qeydə alınıb. Nazirliyin nümayəndəsi Nasrat Rahimi bildirib ki, partlayış zamanı azı 7 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb.

Daha əvvəl "Pajhwok Afghan News" partlayış zamanı 2 nəfərin həlak olduğunu, daha 5 nəfərin xəsarət aldığını xəbər verib. 

Hadisənin təfərrüatları açıqlanmır. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi