Əfqanıstanın Uruzqan əyalətinin mərkəzi Qizab rayonunu xarici qoşunların bombalaması nəticəsində 35-dən çox dinc sakin ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu yerli məclisin üzvü Qüdrətullah Rəhimi bildirib.
Onun sözlərinə görə, əyalətin Qizab rayonunun Xələc kəndi bombalanıb.
Bildirilib ki, ölənlər arasında “Taliban”ın yaşlı komandirlərindən biri Molla Nəsrulla da var. Məlumata görə, Qizab rayonuna, əsasən, “Taliban” nəzarət edir.