​Əfqanıstanda 70 silahlı zərərsizləşdirilib, 50-si yaralanıb - VİDEO

​Əfqanıstanda 70 silahlı zərərsizləşdirilib, 50-si yaralanıb - VİDEO Antiterror əməliyyata Əfqanıstan prezidentinin müavini Rəşid Dostumun rəhbərlik edib
Digər ölkələr
2 Mart , 2016 14:56
​Əfqanıstanda 70 silahlı zərərsizləşdirilib, 50-si yaralanıb - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ Əfqanıstanın Fəryab əyalətinin Pəştun Kot rayonu və Hoca Namus bölgəsində keçirilən antiterror əməliyyatları nəticəsində 70 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu Əfqanıstan Milli Ordusu Birinci Briqada komandanı general Sahidad Keptan "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar bir neçə gündür davam edir.

Əfqanıstan prezidentinin müavini general Rəşid Dostumun rəhbərlik etdiyi bu antiterror əməliyyatı nəticəsində "Taliban"ın 70 silahlısının öldürülməsi ilə yanaşı, 50 silahlı da yaralanıb.

Sahidad Keptan bildirib ki, zərərsizləşdirilənlər arasında "Taliban"ın bölgədəki nüfuzlu liderləri də olub.

Terrorçu hərəkatın sözçüsü Zabibullah Mücahit isə atışma nəticəsində çoxlu sayda hərbçinin həyatını itirdiyini, general Dostuma ən yaxın 5 komandirin isə yaralandığnı iddia edib. 

Son xəbərlər

Orphus sistemi