​Əfqan silahlıları iki Tacikistan vətəndaşını qaçırıb

​Əfqan silahlıları iki Tacikistan vətəndaşını qaçırıb İnsident zamanı bir nəfər yaralanıb
Digər ölkələr
25 Mart , 2016 19:16
​Əfqan silahlıları iki Tacikistan vətəndaşını qaçırıb

Bakı. 25 mart. REPORT.AZ/ Əfqan silahlıları sərhədyanı ərazidə yolda işləyən iki tacik fəhləni oğurlayıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident zamanı daha bir nəfər yaralanıb.

Yerli hökumətdəki mənbə hücum edənləri qaçaqmalçılar kimi təqdim edib. Hadisə Şurabad rayonunda baş verib.

Mənbənin məlumatına görə, Tacikistan prezidenti Emomali Rahmon oğurlanan vətəndaşların azad edilməsi üçün bütün lazımi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi